<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>322</hymn_number>
<title>İnsanları tövbəyə çağırırsan İL322</title>
<lyrics>[V1]
 İnsanları tövbəyə çağırırsan,
 Günahlarımızı bağışlayırsan.
 Adımızı yazırsan Həyat Kitabına,
 Gələcəksən, gözləyirik Səni, Allahım.

[V2]
 Ruhun ilə danışırsan bizimlə,
 Səsini hər zaman eşidirik.
 Bizim üçün çəkdilər Səni çarmıxa,
 Necə qıydılar Sənə, Sənə, Allahım?

[V3]
 İndi Sənə layiq övlad olmuşuq,
 Məsihin İsmiylə vəftiz olmuşuq.
 Müqəddəs Ruh vermisən bizə, Allahım,
 Şükür olsun ki, dirilmisən, Allahım.</lyrics>
</song>